...

Türkiyənin Baş naziri "Twitter"ə girişə qoyulan qadağanın aradan qaldırılmasına dair məhkəmə qərarını tənqid edib

Siyasət Materials 4 Aprel 2014 13:03 (UTC +04:00)
Türkiyə hakimiyyəti ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə Konstitusiya Məhkəməsinin qərarını qəbul etsə də, bu o demək deyil ki, hakimiyyət həmin qərara hörmət edir.
Türkiyənin Baş naziri "Twitter"ə girişə qoyulan qadağanın aradan qaldırılmasına dair məhkəmə qərarını tənqid edib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir R.Hafizoğlu /

Türkiyə hakimiyyəti ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə Konstitusiya Məhkəməsinin qərarını qəbul etsə də, bu o demək deyil ki, hakimiyyət həmin qərara hörmət edir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarınadək ölkədə "Twitter" sosial şəbəkəsinin açılmasına dair işə birinci instansiyalı məhkəmədə baxılmalı idi.

Aprelin 3-də Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi hazırda ölkədə "Twitter" sosial şəbəkəsinə girişin bərpa olunduğunu xəbər verib.

Türkiyə Konstitusiya Məhkəməsi ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib. Məhkəmə ölkədə "Twitter"-in bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb və bu qadağanı istifadəçilərin fikir azadlıqlarının pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, martın 21-də Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb. "Twitter"-in bağlanması Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir neçə saat sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti