...

Ərdoğan: Azərbaycan və Türkiyəni təkcə siyasət birləşdirmir

Siyasət Materials 4 Aprel 2014 18:43 (UTC +04:00)
Azərbaycan və Türkiyəni təkcə siyasət deyil, eyni zamanda Bakı və Ankaranın regionda birgə həyata keçirdiyi layihələr birləşdirir.
Ərdoğan: Azərbaycan və Türkiyəni təkcə siyasət birləşdirmir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan və Türkiyəni təkcə siyasət deyil, eyni zamanda Bakı və Ankaranın regionda birgə həyata keçirdiyi layihələr birləşdirir. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

R.T.Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi artmaqda davam edir: "Dövlətlərimiz arasında gələcəyə yönəlmiş işlər hər gün daha da çoxalmaqdadır. Azərbaycanın Türkiyədəki investisiyaları sözün həqiqi mənasında böyükdür".

Baş nazir bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalardan ən böyüyü TANAP layihəsidir və ilin sonuna qədər layihənin əsası qoyula bilər: "Qlobal mahiyyət kəsb edən TANAP layihəsinin gerçəkləşməsi ilə Azərbaycan və Türkiyənin qardaşlıq əlaqələri daha da güclənəcək".

Onun sözlərinə görə, Bakı və Ankara arasında siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə mövcud əməkdaşlıq dövlətlərimiz arasında qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti