...

İran və Pakistan Hörmuz boğazında müştərək hərbi təlimlər keçirəcək

Siyasət Materials 5 Aprel 2014 12:22 (UTC +04:00)
İran və Pakistan hərbi dəniz qüvvələri Hörmuz boğazında müştərək hərbi təlimlər keçirəcək.
İran və Pakistan Hörmuz boğazında müştərək hərbi təlimlər keçirəcək

Azərbaycan, Bakı, 5 aprel / Trend, müxbir T.Cəfərov /

İran və Pakistan hərbi dəniz qüvvələri aprelin 8-də Hörmuz boğazında müştərək hərbi təlimlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə Tasnimnews xəbər saytı məlumat verir.

Məlumata əsasən, artıq Pakistanın Hərbi Dəniz Qüvvələrinin döyüş qrupu təlimlərdə iştirak etmək üçün İranın Bəndər Abbas limanına gəlib.

Hərbi təlimdə Pakistanın HDQ-dən raket daşıyıcı esmines, köməkçi esmines və bir su altı qayıq təlimlərdə iştirak edəcək. Pakistan HDQ-si dörd gün müddətinə İranın Bəndər Abbas limanında olacaq və İran Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti