...

Prezident İlham Əliyevin Naxçıvana səfəri başlayıb (FOTO)

Siyasət Materials 7 Aprel 2014 12:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri başlayıb (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşıladılar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti