...

Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək

Siyasət Materials 7 Aprel 2014 14:40 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti, Türkiyənin hazırkı Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək.
Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək

Fransa, Strasburq, 7 aprel /Trend, müxbir A. Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti, Türkiyənin hazırkı Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək. Trend-in məlumatına görə, bu barədə qurumun sədri xanım An Brassör (Anne Brasseur) Parlament Assambleyasının bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

AŞPA sədri bildirib: "Parlament Assambleyasının keçmiş sədri, Türkiyənin hazırkı Aİ işləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək. Bu fəxri ad ona bu gün AŞPA-nın plenar sessiyasının iclasından sonra təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti