...

İran və Azərbaycan ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıb

Siyasət Materials 8 Aprel 2014 11:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Tehranda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıb.
İran və Azərbaycan ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıb

Azərbaycan, Bakı, 8 aprel /Trend müxbir T.Cəfərov/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Tehranda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Görüşdə Azərbaycanın XİN rəhbərinin müavini Xələf Xələfov Tehranda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizini Azərbaycan və İran dövlətlərarası müştərək iqtisadi komissiyanın yeni sədri seçilməsi münasibətilə təbrik edib.

X.Xələfov deyib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün lazımi potensial var: "Ümid edirik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tehrana səfəri ilə əlaqələrimizdə yeni səhifə açılacaq".

Görüşdə M.Vaizi bildirib ki, İran öz qonşuları, xüsusi ilə Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.

O bildirib ki, Azərbaycan və İran dövlətlərarası müştərək iqtisadi komissiyasının yeni sədri kimi iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün bütün gücü ilə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti