...

İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib (FOTO)

Siyasət Materials 8 Aprel 2014 13:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

Trend-in məlumatına görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar - muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdi.

Prezident İlham Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülmüşdür.

Dövlətimizin başçısı həmin mükafatları sahiblərinə təqdim etdi.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə bir daha təbriklərini çatdırdı.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, təntənəli mərasimdə iştirak edən qonaqlar konsert proqramına maraqla tamaşa etdilər.

Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə ziyafət verildi.

Əvvəlcə Prezident İlham Əliyev yubiley mərasimində iştirak etmək üçün Naxçıvan şəhərinə gələn ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə söhbət etdi.

Sonra xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti