...

Naxçıvan MR-in sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif ediliblər

Siyasət Materials 8 Aprel 2014 15:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Naxçıvan MR-in sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif ediliblər

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Aslanov Əli Qaçay oğlu
Baxşəliyev Vəli Baxşəli oğlu
Eyvazov Həsənəli Cahangir oğlu
Eyvazov Məmmədəli Əhməd oğlu
Əliyev Asim Yediyar oğlu
Həsənov Əsgər İbrahim oğlu
Quliyev Musa Rəhim oğlu
Məmmədov Rafiq Ağəli oğlu
Novruzov Namiq Yaqub oğlu
Sadiqov İlqar Beytulla oğlu

Dövlət başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib.

Sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə aşağıdakı fəxri adlar verilsin:

"Əməkdar Elm Xadimi"

Həsənli Oruc Qafar oğlu
Məhərrəmov Saleh Heydər oğlu

"Əməkdar Müəllim"

Əliyeva Lətafət Nəriman qızı
Seyidova Sevda Əli qızı
Vəliyeva Hüsniyyə Həsən qızı

"Əməkdar Mədəniyyət İşçisi"

Əsədova Nəzakət Əsəd qızı

"Əməkdar Rəssam"

Qurbanov Həsən Bulut oğlu

"Əməkdar Həkim"

Bayramova Tamilla Yusif qızı
Həsənov Nüsrət Firudin oğlu

"Əməkdar Tibb İşçisi"

Hüseynova Validə Firudin qızı

"Əməkdar Jurnalist"

Əliyeva Şölə Qadir qızı

"Əməkdar Mühəndis"

Bağırov İbrahim Süleyman oğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti