...

Fuad Muradov: Avropanın vahid enerji siyasəti aydın deyil

Siyasət Materials 8 Aprel 2014 16:59 (UTC +04:00)
"Biz Avropa İttifaqının vahid və qətiyyətli enerji siyasətini və onun konturlarını görmək istəyirik. Təəssüflər olsun ki, bu günə qədər Avropanın bununla bağlı ümumi baxışları bəlli olsa da, amma birgə enerji siyasəti bu gün aydın deyil. Beynəlxalq enerji layihələrinin həyata keçrilməsindəki problemlər Avropa ölkələrinin vahid enerji siyasətinin olmamasındadır. Fikrimcə, avropalılar enerji layihələrinin maliyyə məsələsi və müvafiq qanunvericilik bazasının qəbulu üçün ciddi addımlar atmalıdır".
Fuad Muradov: Avropanın vahid enerji siyasəti aydın deyil

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

"Biz Avropa İttifaqının vahid və qətiyyətli enerji siyasətini və onun konturlarını görmək istəyirik. Təəssüflər olsun ki, bu günə qədər Avropanın bununla bağlı ümumi baxışları bəlli olsa da, amma birgə enerji siyasəti bu gün aydın deyil. Beynəlxalq enerji layihələrinin həyata keçrilməsindəki problemlər Avropa ölkələrinin vahid enerji siyasətinin olmamasındadır. Fikrimcə, avropalılar enerji layihələrinin maliyyə məsələsi və müvafiq qanunvericilik bazasının qəbulu üçün ciddi addımlar atmalıdır".

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin sədri Fuad Muradov Azərbaycan qazının "Cənub Qaz Dəhlizi" ilə Avropaya nəqli ilə bağlı ABŞ dövlət katibi Con Kerrinin Brüsseldə verdiyi bəyanatı mətbuata şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Avropanın enerji siyasəti haqqında birmənalı fikir yürütmək olmur: "Bu məsələdə Almaniya və Fransanın mövqeyi digər Avropa dövlətlərindən fərqlidir. Ona görə də dəfələrələ Avronest PA-da çıxışımda da demişəm ki, biz Avropa İttifaqının enerji siyasətini hadisədən-hadisəyə dəyişən formada yox, vahid görmək istəyirik. Biz başa düşmək istəyirik ki, Aİ-nin enerji siyasəti necə qurmaq fikrindədir".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı bu layihənin həyata keçirilməsini öz enerji siyasətində təkcə Azərbaycan üçün yox, eyni zamanda, Avropa üçün yeni bir istiqamət olaraq müəyyənləşdirib: "Cənab Prezident İlham Əliyev öz çıxışında dəfələrlə bildirb ki, "Cənub Qaz Dəhlizi" Avropa üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bizim həyata keçirdiyimiz enerji layihələri çoxşaxəlidir. Bura yeni terminalların tikilşi, yeni qaz yataqlarının inkişafı və eyni zamanda yeni bazar axtarşı daxildir. Bu hər bir neft-qaz istehsal edən ölkə üçün vacub istimaqətdir. Biz də bu istiqamət üzrə gedirik. Ancaq Avropa İttifaqında çox zaman bu istiqamətdə tərəddüdlər olub".

Krım böhranı ilə bağlı Rusiyanın enerji satışına Avropada tətbiqi ehtimal olunan məhdudiyyətlərin bazara mümkün təsirlərinə gəlincə, deputatın fikrincə, bu zaman boşluq yaranacağı bəllidir. Rusiya Avropanın ən böyük enerji təhcizatçısıdır və bəzi Avropa dövlətlərində bu təchizat 70 faizə çıxır. Avropa Rusiya qazından imtina etsə, təbii ki, bu, dünya bazarında qiymətlərin qalxmasına gətirib çıxaracaq. İstənilən neft-qaz istehsalçısı bu barədə ciddi düşünəcək: "Avropa bu boşluğu doldurmaq məcburiyyətində qalacaq. Burada bir neçə variant mövcuddur: Birinci variant enerjinin ərəb körfəzi üzərindən daşınma həcmini artırmaqdır. Bu texniki baxımdan ciddi və böyük maliyyə tutumlu layihədir. İkincisi, ABŞ son 10 ildə şist qazının istehsalında lider ölkəyə çevrilib. Orada şist qazı və səmt qazının istehsalı yüksək səviyyədədir. ABŞ-ın bu qazı enerji bazarına çıxarması imkanları var. Bu ölkənin özünün də bu qaza tələbatı böyükdür. Amma bu qazın daşınması ağır tankerlər və böyük maliyyə tələb edəcək. Çünki o qaz əvvəlcə maye halına salınır, sonra daşınır. Şist qazı üçün xüsusi yanaşma lazmdır. Üçüncü variant isə, bütün ehtiyacı ödəməsə də, bu, Xəzər dənizindəki yataqlardır. Bu istiqamət Azərbaycan, Türkmənistan üzərindən ola bilər. Fikrimcə, ən real variant Xəzər dənizi yataqlarından istifadə olunmasıdır. Yenə də həcm tələbatın ödənməsi ilə bağlı problem yaransa və Avropa İttifaqı məsələyə daha geniş və ciddi yanaşsa, o zaman digər mənbələrdən enerji ehtiyatları Avropada adamların rifahına yönəldilə bilər".

F.Muradov qeyd edib ki, Azərbaycanın bugünkü enerji həcmi Avropanı indiki böhran dövründə müəyyən qədər xilas edə bilər: "Amma bu o demək deyil ki, biz hansısa digər ölkəni bu məsələdə rəqib olaraq görürük. Bizim üçün əsas olan Avropanın təhlükəsizliyinin bizimlə də bağlı olan məsələsidir. Azərbaycan özünü heç kimə rəqib saymır. Ölkəmizin enerji siyasəti rəqabət üzərində qurulmayıb. Yəni biz bu siyasətə əməkdaşlıq baxımından yanaşırıq. Əgər Avropaya belə bir neft-qaz məhsulu lazımdırsa, biz onu verməyə hazırıq. Amma kimisə əvəz etmək, rəqib olaraq bunu etmək niyyətimiz yoxdur. Bu Azərbaycanın siyasətidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti