...

Siyavuş Novruzov: Müxalifət bələdiyyə seçkilərində iştirak edə bilməyəcək

Siyasət Materials 10 Aprel 2014 10:51 (UTC +04:00)
Müxalifət çətin ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edə bilsin. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məcilisin deputatı Sıyavuş Novruzov deyib.
Siyavuş Novruzov: Müxalifət bələdiyyə seçkilərində iştirak edə bilməyəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Müxalifət çətin ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edə bilsin. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məcilisin deputatı Sıyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, bələdiyyə seçkilərində 20 mindən artıq namizəd irəli sürmək lazımdır: "Müxalifət bələdiyyələrin yüzdə birində namizəd irəli sürə bilməyəcək, çünki onların sosial bazası yoxdur. Yəqin ki, bir də gələn il parlament seçkilərində səsləri çıxacaq".

Son dövrlərdə müxalifət düşərgəsində yaranan siyasi durğunluğa münasibət bildirən S.Novruzov qeyd edib ki, ümumiyyətlə, müxalifət düşərgəsində həmişə durğunluq olub: "Sadəcə seçki vaxtı bir az ayrı-ayrı dövlətlərin, ayrı-ayrı təşkilatların qızışdırması ilə aranı qatmaq istəyiblər, qalan bütün hallarda müxalifət partiyaları ancaq qəzet səhifələrində fəaliyyət göstəriblər".

Onun sözlərinə görə, təbii ki, siyasi partiyaların funksiyası çoxdur, bunlardan biri də seçkilərdə iştirak etmək, namizəd irəli sürməkdir: "Amma digər hallarda siyasi partiyalar cəmiyyəti maraqlandıran məsələlərlə məşğul olmalı, ayrı-ayrı təkliflər hazırlamalı, o cümlədən alternativ təkliflər verməlidir, lakin müxalifətin heç sosial bazası, elektoratı olmadığına görə bunların düşüncə tərzində seçki dövründə ara qatmaq və birdə mitinq deyib qışqırmaqdır. Bunların heç zaman real fəaliyyəti olmayıb".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti