...

Serj Sarkisyan daha dövlət başçısı postuna iddia etməyəcək

Siyasət Materials 10 Aprel 2014 15:47 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Konstitusiya islahatlarının həyata keçirilməsi üzrə komissiyasının üzvləri ilə görüşündə bundan sonra dövlət başçısı postuna iddia etmək niyyətində olmadığını deyib.
Serj Sarkisyan daha dövlət başçısı postuna iddia etməyəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan Konstitusiya islahatlarının həyata keçirilməsi üzrə komissiyasının üzvləri ilə görüşündə bundan sonra dövlət başçısı postuna iddia etmək niyyətində olmadığını deyib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

S.Sarkisyan rəsmən bəyan edib ki, bir daha prezident postuna namizədliyini irəli sürməyəcək: "Əgər Konstitusiya islahatlarının müzakirələrinin nəticələri üzrə mənim istəyimə uyğun olmayan yol seçilərsə - mən parlament idarəçiliyi modelini nəzərdə tuturam - o zaman Baş nazir vəzifəsinə də iddia etməyəcəyəm".

Prezidenti 2008-ci ildən dövlət başçısı postunu tutur. Ötən il bu vəzifəyə yenidən seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti