...

Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Siyasət Materials 10 Aprel 2014 15:54 (UTC +04:00)
Azərbaycan Prezidentinin İrana səfəri və səfər çərçivəsində strateji məsələlərin müzakirəsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər.
Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Elçin Mehdiyev - Trend-in icmalçısı

Azərbaycan Prezidentinin İrana səfəri və səfər çərçivəsində strateji məsələlərin müzakirəsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu səfər ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır. Çünki İranın yeni hakimiyyəti siyasi fəaliyyətinin ilk günündən Azərbaycanla münasibətlərə yenidən baxmağa başladı və belə demək mümkünsə, siyasi korrektələr etdi.

Bununla da rəsmi Tehran nümayiş etdirdi ki, regionda Azərbaycansız nəyəsə nail olmaq mümkünsüzdür. Ya Azərbaycana qarşı səmimi olmalısan, ya da ki, regiondakı proseslərdən kənarda qalmalısan. Azərbaycan və İran iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir. Ölkələrimiz arasındakı səmimi münasibətlər ölkələrimizin xalqlarının xeyrinədir, həmçinin ölkələrimiz arasındakı bu münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir.

İranın yeni hakimiyyətinin Azərbaycana münasibətinin dəyişməsi iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmaya səbəb oldu. Azərbaycan Prezidentinin səfəri zamanı iki dövlət arasında əməkdaşlığı möhkəmləndirən dörd sənəd imzalandı.

Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər ona dəlalət etdi ki, ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir, ölkələrimiz arasında tarixi, mədəni, dini köklər əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır.

Bu səfərin daha vacib olan məqamlarından biri isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən fikirlərdir. Azərbaycan bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. İran tərəfi isə birmənalı olaraq münaqişənin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həllinin vacibliyini vurğuladı. Bununla da Ermənistana münaqişənin həllində hər hansı güzəştə getməyəcəyini açıqca nümayiş etdirdi.

Bir sözlə, Tehranda əsən külək qonşuluq münasibətlərimizə bir istilik gətirəcək. Bütün qarşıya qoyulan məqsədlərə çatmaq mükün olacaq və birgə səylərlə İran-Azərbaycan əlaqələri daha yüksək pilləyə qaldırılacaq. Çünki bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. Bu gün İran-Azərbaycan əlaqələri bu möhkəm zəmin üzərində inkişaf etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti