...

XİN: Saxta soyqırım iddiaları Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcək

Siyasət Materials 10 Aprel 2014 17:13 (UTC +04:00)
Saxta soyqırım iddiaları Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Yaponiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyiib.
XİN: Saxta soyqırım iddiaları Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir R.Hafizoğlu/

Saxta soyqırım iddiaları Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Yaponiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyiib.

Ə.Davudoğlu bildirib ki, hər il aprelin 24-də dünyada bəzi dairələr erməni lobbisinin maraqlarına uyğun olaraq təxribat xarakterli addımlar atırlar.

Onun sözlərinə görə, rəsmi Ankara belə addımların qarşısını almağa qadirdir.

Nazir bu məsələni ötən gün ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbətində müzakirə etdiyini deyib.

Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti