...

Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək

Siyasət Materials 11 Aprel 2014 14:56 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-24-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə AŞ-dəki mənbələrdən məlumat verilib.
Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 11 aprel/ Trend, müxbir S.Əhmədova/

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-24-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə AŞ-dəki mənbələrdən məlumat verilib.

Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etmək, eləcə də Azərbaycan üçün AŞ-nin 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının rəsmən başlanmasını elan etməkdir.

Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri ilə görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti