...

ABŞ-ın Türkiyədəki səfiri və hakim partiya qondarma "erməni soyqırımı"nı müzakirə ediblər

Siyasət Materials 14 Aprel 2014 15:55 (UTC +04:00)
ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin ABŞ Senatının Xarici əlaqələr komitəsi tərəfindən qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsini müzakirə ediblər.
ABŞ-ın Türkiyədəki səfiri və hakim partiya qondarma "erməni soyqırımı"nı müzakirə ediblər

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir R.Hafizoğlu/

ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin ABŞ Senatının Xarici əlaqələr komitəsi tərəfindən qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsini müzakirə ediblər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, görüş zamanı Türkiyə-ABŞ münasibətləri də müzakirə olunub.

Məlumatda qeyd olunur ki, bu, son 10 ay ərzində ABŞ səfirinin hakim partiyanın mənzil-qərargahına ilk səfəridir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti