...

Milli Məclislə ATƏT PA arasında qurumun illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb

Siyasət Materials 16 Aprel 2014 16:13 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb.
Milli Məclislə ATƏT PA arasında qurumun illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb. Trend-in məlumatına görə, sazişi Milli Məclisin sədri Oqtay Əsədov və ATƏT PA-nın prezidenti Ranko Krivokapiç imzalayıblar.

Məlumata görə, bu gün Milli Məclisin sədri O.Əsədov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti R.Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə O.Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyini deyib. O, Azərbaycan ilə Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan O.Əsədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır: "Təəssüf ki, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir".

R.Krivokapiç Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Krivokapiç ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səylərinin daha da fəal olmasına çalışdıqlarını söyləyib.

O deyib ki, Qafqazda sabitliyin bərqərar olması üçün birgə səylər göstərəcəyik: "Münaqişələrin həlli bizim vəzifələrimiz arasında prioritet məsələ olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti