...

Ukraynanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı seçki məntəqəsi açılacaq

Siyasət Materials 16 Aprel 2014 17:51 (UTC +04:00)
Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olaraq ölkəmizin ərazisində olan Ukrayna vətəndaşları növbədənkənar Ukrayna prezidenti seçkilərinin keçirilməsi zamanı bu ölkənin Bakıdakı səfirliyi yanında açılan 900003 saylı xarici seçki məntəqəsində səs verə bilərlər.
Ukraynanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı seçki məntəqəsi açılacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olaraq ölkəmizin ərazisində olan Ukrayna vətəndaşları növbədənkənar Ukrayna prezidenti seçkilərinin keçirilməsi zamanı bu ölkənin Bakıdakı səfirliyi yanında açılan 900003 saylı xarici seçki məntəqəsində səs verə bilərlər. Bu barədə Trend səfirliyə istinadən məlumat verir.

Səfirliyin yaydığı məlumata görə, "Ukrayna prezidenti seçkiləri haqqında" qanunun 2-ci maddəsinin 6-cı hissəsinə uyğun olaraq, seçkilərin keçirildiyi və ya seçkilərə hazırlıq dövründə ölkənin hüdudlarından kənarda olan Ukrayna vətəndaşlarının prezident seçkilərində səs verməsi onların müvafiq xarici seçki məntəqəsində seçki siyahılarına salınması yolu ilə təmin edilir.

Növbədənkənar Ukrayna prezidenti seçkiləri mayın 25-nə təyin olunub.

Aprelin 4-də Ukrayna prezidenti vəzifəsinə namizədliyin irəli sürülməsi və qeydiyyata alınma prosesi başa çatıb. Ukrayna Mərkəzi Seçki Komissiyası demək olar ki, ölkənin bütün regionlarını və bütün siyasi qüvvələri təmsil edən 23 namizədi qeydiyyata alıb.

Prezident seçkilərini müşahidə etmək üçün Ukrayna ATƏT DTİHB-nin, Avropa Parlamentinin, ATƏT PA, Avropa Şurası, NATO, GUAM və QDİƏT-in müşahidəçilərini rəsmən dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti