...

Bəxtiyar Sadıqov: Azərbaycan heç zaman heç kimə icazə verməz ki, gəlib ərazisində oturub onun əlehinə iş aparsın

Siyasət Materials 17 Aprel 2014 14:40 (UTC +04:00)
Elə antiazərbaycançı şəbəkələr var ki, onlar müxtəlif adlar ilə, müxtəlif QHT-lər yaratmaqla Azərbaycanın daxilinə nüfuz edib, mənfur, Azərbaycan xalqının maraqları ilə üst-üstə düşməyən çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
Bəxtiyar Sadıqov: Azərbaycan heç zaman heç kimə icazə verməz ki, gəlib ərazisində oturub onun əlehinə iş aparsın

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Elə antiazərbaycançı şəbəkələr var ki, onlar müxtəlif adlar ilə, müxtəlif QHT-lər yaratmaqla Azərbaycanın daxilinə nüfuz edib, mənfur, Azərbaycan xalqının maraqları ilə üst-üstə düşməyən çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan insanları bunu görən kimi dərhal həmin qurumlardan kənarlaşırlar və eyni zamanda belə qurumların Azərbaycanda fəaliyyətinə etiraz edirlər: "Ola bilər ki, adlarını müxalifət qoysalar da, əslində Azərbaycan xalqına, dövlətinə qarşı müxalifətdə duran müəyyən insanlara, adlarını hüquq müdafiəçiləri, siyasətçi və yaxud qeyri-hökumət təşkilatları qoyan insanlara bu, sərf edir və bunlar erməni əsilli milyonçular tərəfindən təsis olunmuş həmin o beynəlxalq qurumlar tərəfindən aldıqları qrantlar hesabına antiazərbaycançı şəbəkənin əlində bir alətə çevrilib, onların Azərbaycanda görmək istədikləri işlərə yardımçı olsunlar".

B.Sadıqov qeyd edib ki, bu da qəbul olunmur, çünki Azərbaycanda kifayət qədər beynəlxalq hüquq normalarına, hüquq prinsiplərinə cavab verən qanunlar var və bu qanunların əsas mahiyyəti Azərbaycan dövlətinin, xalqının maraqlarını və mənafelərini təmin etməkdir: "Belə olan halda həmin qanunlara uyğun olaraq, o cür qurumların fəaliyyəti dayandırılır və yaxud eyni zamanda Azərbaycan vətəndaşları o qurumlara dəstək verib onlar ilə işləmək istəmirlər".

Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqil ölkədir və heç zaman heç kimə icazə verməz ki, gəlib onun ərazisində oturub onun əleyhinə iş aparsın, onun qarşısına qoyduğu məqsədlərə, Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zidd fəaliyyət göstərsin: "Azərbaycan dövləti heç zaman belə dağıdıcı, pozucu, təxribatçı fəaliyyətlərə yol verməyib və bundan sonra da verməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti