...

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 Aprel 2014 13:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu bildirdi. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkəmizə ötənilki səfərini məmnunluqla xatırladı. Zumeyyim bin Cuveybir Əs-Səvvat azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə müzakirələr apardıqlarını vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti