...

Azərbaycanla Pakistan arasında əməkdaşlığın səmərəli nəticələr verə biləcəyi sahələr müzakirə olunub

Siyasət Materials 18 Aprel 2014 16:59 (UTC +04:00)
Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Pakistan arasında əməkdaşlığın səmərəli nəticələr verə biləcəyi sahələr müzakirə olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kaqbinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Pakistan arasında tarixi dostluq münasibətlərinin mövcudluğu vurğulanaraq əlaqələrimizin daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilib. Bildirilib ki, hər iki ölkə arasında siyasi-iqtisadi və mədəni sferalarda olduğu kimi, müdafiə sənayesi, hərbi-texniki və şəxsi heyətin təlim-təhsili sahələrində də əməkdaşlıq səmərəli nəticələr verə bilər. Hər iki tərəf bu səfərin hərbi sahədə əməkdaşlığımızı yeni səviyyəyə qaldıracağına əminlik ifadə edib.

Regional məsələlər ətrafında söhbət gedərkən Ermənistan-Azərbaycan münaqişəsinə toxunan tərəflər məmnunluqla qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişənin həllində Pakistan hər zaman Azərbaycanın yanında olub və bütün beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyib. Tərəflər işğal altında qalan torpaqların tezliklə azad edilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti