...

İran polis komandiri: Tarixi əşyaların qaçaqmalçılığı ilə məşğul olduqları ehtimal edilən silahlı şəxslər 4 nəfəri öldürüb

Siyasət Materials 23 Aprel 2014 11:32 (UTC +04:00)
İ.Kərimxanin sözlərinə görə, naməlum şəxslər daha bir nəfəri da yaralayıblar. Hadisə nəticəsində ümumilikdə 2 mülki şəxs , 2 polis ölüb və 1 nəfər yaralanıb.
İran polis komandiri: Tarixi əşyaların qaçaqmalçılığı ilə məşğul olduqları ehtimal edilən silahlı şəxslər 4 nəfəri öldürüb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Cəfərov/

Tarixi əşyaların qaçaqmalçılığı ilə məşğul olduqları ehtimal edilən naməlum silahlı şəxslər İran Biləsuvarının Şor Göl kəndində iki kəndlini öldürdükdən sonra, polisə atəş açıblar və polisləri də öldürüblər. Bu sözləri İranın Ərdəbil əyalətinin polis komandiri İbrahim Kərimxani deyib.

Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İ.Kərmixani deyib ki, hadisə ötən gün Şor Göl kəndinin Yan Bulaq küçəsində baş verib: "Polislər küçənin kənarında dayanan "Peugeot" markalı avtomobildəki sərnişinlərdən şübhələnərək onlara yaxınlaşarkən naməlum şəxslər atəş açıb və onları öldürüb".

İ.Kərimxanin sözlərinə görə, naməlum şəxslər daha bir nəfəri da yaralayıblar. Hadisə nəticəsində ümumilikdə 2 mülki şəxs , 2 polis ölüb və 1 nəfər yaralanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb və həmin şəxslərin tutulması istiqamətində işlər aparılır.

Qeyd edək ki, ötən gün bəzi İran saytları İran-Azərbaycan sərhədində baş verən silahlı insident zamanı 4 nəfərin öldüyünü məlumat vermişdilər. Onların məlumatına görə, İran-Azərbaycan sərhədindəki posta hücum olunmuş və tərəflər arasında silahlı qarşıdurma baş vermişdi. Onlar həmin hadisənin İranın Ərdəbil vilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verdiyini qeyd etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti