...

Azərbaycan və Gürcüstan prezidentlərinin Praqada görüşü keçirilib

Siyasət Materials 24 Aprel 2014 22:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Azərbaycan və Gürcüstan prezidentlərinin Praqada görüşü keçirilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirildi, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olundu.

Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulandı.

Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti