...

İlham Əliyev bir sıra ölkələrin keçmiş dövlət başçılarını qəbul edib (ƏLAVƏ OLUNUB 3) (FOTO)

Siyasət Materials 27 Aprel 2014 14:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir.
İlham Əliyev bir sıra ölkələrin keçmiş dövlət başçılarını qəbul edib (ƏLAVƏ OLUNUB 3) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 13:25-də yayılıb)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulandı.

Söhbət zamanı Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev aprelin 27-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçini də qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə ediləcək məsələlərin ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olundu.
Prezident İlham Əliyev bu gün həmçinin İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkələrarası əməkdaşlığın davamlı inkişafı ilə bağlı müzakirələr aparılması üçün yaxşı imkan yaratdığı vurğulandı.

Prezident İlham Əliyev aprelin 27-də Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Haloneni qəbul etmişdir.

Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Halonen dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışıldı.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Petar Stoyanovu qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əməkdaşlığın möhkəmləndirilməsinə dair müxtəlif məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağı bildirildi.

İlham Əliyev bu gün həmçinin Moldova Respublikasının keçmiş Prezidenti Petru Luçinskini qəbul etmişdir.

Keçmiş Prezident Petru Luçinski Azərbaycanın böyük şairi, dahi Nizami Gəncəvinin Moldovada dörd dildə nəşr olunmuş müdrik kəlamlarından ibarət kitabı dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Moldova arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edildi, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu.

İlham Əliyev aprelin 27-də Latviya Respublikasının keçmiş Prezidenti Valdis Zatlersi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi razılıqla qeyd olundu, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun nəticələrinin uğurlu olacağına əminlik ifadə edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüüteli qəbul etmişdir.

Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüütel dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir vəziyyətdə Azərbaycanda əldə olunan yüksək iqtisadi nailiyyətləri fenomen adlandırdı.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafının razılıq doğurduğu bildirildi, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun regional və beynəlxalq əməkdaşlıqla bağlı qarşılıqlı fikir mübadiləsi aparılması baxımından əhəmiyyəti qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti