...

Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa: Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumunda milli, beynəlxalq qərarlar qəbul etmək niyyətindəyik

Siyasət Materials 27 Aprel 2014 15:07 (UTC +04:00)
Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumundan milli, beynəlxalq qərarlar qəbul etmək və müzakirələr aparmaq niyyətindəyik.
Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa: Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumunda milli, beynəlxalq qərarlar qəbul etmək niyyətindəyik

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbirlər Ü.Heydərova, İ.İzzət/

Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumundan milli, beynəlxalq qərarlar qəbul etmək və müzakirələr aparmaq niyyətindəyik. Bunu Trend-ə açıqlamasında BMT -nin baş katibinin xüsusi elçisi, Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın keçmiş prezidenti xanım Vayra Vike-Freyberqa bildirib.

Aprelin 28-də Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumundan gözləntilərini açıqlayan Vayra Vike-Freyberqanın sözlərinə görə, məqsəd yoxsulluğun kütləvi şəkildə azaldılması və inkişafa doğru irəliləməkdir: "Ümidverici təkliflərin həyata keçirilməsini istərdik. Əlbəttə, bütün keçmiş dövlət başçılarını, daha çox təcrübəyə malik olan dövlət və hökumət xadimlərini eşitmək xoş olardı. Düzdür, onlar hal-hazırda qərar qəbul etmirlər, səlahiyyət sahibi deyillər. Ancaq onlar ictimai fikrə təsir etmək imkanlarına malikdirlər. Debatlara təsir edirlər. Biz Madrid Klubuna əvvəllər üzv olan və yeni daxil olan nümayəndələrlə "Post2015" gündəliyində duran əsas məsələlərə dair milli, beynəlxalq qərarlar qəbul etmək və müzakirələr aparmaq niyyətindəyik".

Onun sözlərinə görə, 2015-ci ildə BMT-nin qarşısında duran əsas məsələlərdən biri də yoxsulluğun kütləvi şəkildə azaldılması və inkişafa doğru irəliləməkdir: "Zənnimcə, 2015-də, yaxud daha sonra yeni üstünlüklər əldə etmək mümkündür".

Sabiq prezident soz zamanlar bütün dünyanı gərginlik içində saxlayan siyasi proseslərə də toxunalacağını bildirib: "Bəzən dünya bizi çox təəccübləndirir. Son zamanlar Ukraynada baş verən hadisələr böyük təəccüb doğurdu. Düşünürdük ki, məsələlər həll olunub. Ön cəbhəçilər ölkədə idilər və vəziyyəti dəyişmək iqtidarında idilər. Ancaq indi görürük ki, heç nəyə zəmanət verilmir. Hal-hazırda bizim inkişafa, müştərək cəmiyyətə ehtiyacımız var. Biz bu məqsədləri qarşıda gələn forumda müzakirə edəcəyik".

Qeyd edək ki, aprelin 28-29-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək. 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Foruma dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçıları da var.

Xəbər lenti

Xəbər lenti