...

İlham Əliyev Ukrayna və Gürcüstanın keçmiş prezidentlərini qəbul edib

Siyasət Materials 28 Aprel 2014 14:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul edib.
İlham Əliyev Ukrayna və Gürcüstanın keçmiş prezidentlərini qəbul edib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Prezident İlham Əliyev bu gün, həmçinin Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul edib.

Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışıldı, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti