...

Hakim partiya: Leyla Yunusa uzunmüddətli viza verilməsi müəmma yaradır

Siyasət Materials 29 Aprel 2014 15:02 (UTC +04:00)
Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəamma yaradır.
Hakim partiya: Leyla Yunusa uzunmüddətli viza verilməsi müəmma yaradır

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

"Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəamma yaradır. Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar". Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

M.Qurbanlının sözlərinə görə, hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bunula bağlı dövlətin hüquq-mühafizə orqanları fəaliyyət göstərir: "Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə, ölkəmizin qarşısında duran vəzifələrin həllində bizim hüquq-mühafizə sistemində çalışan əməkdaşlarımız, hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirirlər. Öz milli təhlükəsizliyimizi qorumaq üçün vaxtaşırı müəyyən qəti addımlar atılır".

Onun fikrincə, Leyla Yunus və onun həyat yoldaşının saxlanılması və onların törətdikləri əməllərlə bağlı geniş açıqlamalar olacaq: "Onu da qeyd edim ki, bundan əvvəl də jurnalist Rauf Mirqədirov saxlanılıb və istintaqa cəlb olunub. Bunlar da saxlanılıb və bunların Mirqədirovun işi ilə bağlı olub-olmadığı barədə bir şey deyə bilmərəm. Amma hər halda bu saxlanılmanın arxasında əsaslı səbəblər var və bu səbəblər onların hər hansı bir ictimai fəaliyyəti ilə, onların qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı ola bilməz. Görünür, orada başqa məsələlər var. O da məlumdur ki, Leyla Yunus daima xaricdə olan bir sıra antiazərbaycan xarakterli təşkilatlarla sıx əlaqədə olub. Əlbəttə, onun müəyyən qeyri-hökumət təşkilatları ilə əlaqələri, fəaliyyəti və s. - bunların araşdırılması bizim üzərimizə düşmür. Bu, bizim təhlükəsizliklə bağlı olan qurumlarımızın işidir və yəqin ki, bunlar araşdırılacaq. Rauf Mirqədirov məsələsi gündəmə çıxdıqdan sonra nədən Leyla Yunus bununla bağlı daha çox canfəşanlıq edir, bu qədər bu məsələyə diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir".

YAP rəsmisi hesab edir ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.

Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti