...

Ərdoğan: Fətullah Gülən barəsində hüquqi prosedura başlanılacaq

Siyasət Materials 29 Aprel 2014 15:12 (UTC +04:00)
Hazırda Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülən barəsində hüquqi prosedura başlanılacaq.
Ərdoğan: Fətullah Gülən barəsində hüquqi prosedura  başlanılacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir R.Hafizoğlu/

Hazırda Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülən barəsində hüquqi prosedura başlanılacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Baş nazir qeyd edib ki, F.Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya ediləcək.

Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan F.Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə bildirmişdi ki, F.Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Nazir bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti