...

Gürcüstanda faşizm üzərində Qələbə Günü qeyd edilir

Siyasət Materials 9 May 2014 10:59 (UTC +04:00)
Cümə günü, mayın 9-da Gürcüstanda faşizm üzərində Qələbə Günü ilə əlaqədar bayram tədbirləri keçirilir.
Gürcüstanda faşizm üzərində Qələbə Günü qeyd edilir

Gürcüstan, Tbilisi, 9 may / Trend, müxbir N.Kirsxaliya /

Cümə günü, mayın 9-da Gürcüstanda faşizm üzərində Qələbə Günü ilə əlaqədar bayram tədbirləri keçirilir.

Trend-in məlumatına görə, bu gün ölkədə rəsmi bayram və qeyri-iş günüdür.

Bu gün bayram tədbirlərinin mərkəzi veteranların səhərdən toplaşacaqları Tbilisi Vake Park olacaq. Veteranları təbrik etmək üçün ölkə rəhbərliyinin, siyasi partiyaların nümayəndələri, ictimai xadimlər gələcəklər. Ənənəyə uyğun olaraq Naməlum əsgərin məzarı üzərinə əklillər və çiçəklər qoyulacaq.

3,6 milyon əhalisi olan respublikadan müharibəyə 750 min insan gedib. Onlardan hər ikisindən biri döyüşlərdə həlak olub. Bu müharibədə SSRİ-nin digər respublikalarına nisbətən Gürcüstan adambaşına faiz hesabı ilə daha çox öz həmyerlilərini itirib.

Ölkənin on minlərlə sakini hökumət tərəfindən mükafatlandırılıb, onlardan 167 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Gürcüstan hökumətinin qərarı ilə ölkədə İkinci Dünya müharibəsinin veteranları Qələbə Günü ərəfəsində birdəfəlik yardım qismində 400 lari (1 dollar = 1,76 lari), müharibədə ailə başçısını itirənlər isə 200 lari alıblar.

Hazırda bütün Gürcüstanda iki minə yaxın İkinci Dünya müharibəsi veteranı yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti