...

Azərbaycan, Türkmənistan və Türkiyə XİN rəhbərlərinin görüşünün ilkin tarixi açıqlandı

Siyasət Materials 17 May 2014 11:54 (UTC +04:00)
Görüşün mayın 26-da Bakıda keçiriləcəyi gözlənilir.
Azərbaycan, Türkmənistan və Türkiyə XİN rəhbərlərinin görüşünün ilkin tarixi açıqlandı

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşünün ilkin tarixi açıqlanıb. Görüşün mayın 26-da Bakıda keçiriləcəyi gözlənilir. Bu barədə şənbə günü Trend-ə diplomatik mənbədən bildiriblər.

Bakıda görüş zamanı üç ölkənin xarici işlər nazirlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti