...

Əlcəzairdə Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası keçiriləcək

Siyasət Materials 24 May 2014 12:04 (UTC +04:00)
Sabah Əlcəzairdə Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası öz işinə başlayacaq.
Əlcəzairdə Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası keçiriləcək

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Cəfərov/

Sabah Əlcəzairdə Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının iclası öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi xəbər verir.

İclasda iştirak etmək üçün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Əlcəzairə səfər edəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti