Azərbaycan, Bakı, 25 iyul /Trend/
Malidə Əlcəzair təyyarəsinin qəzaya uğramasından sonra sağ qalan olmayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland deyib.
Qeyd edək ki, dünən Burkina-Fasonun paytaxtı Uaqaduqudan Əlcəzairə istiqamət almış "Air Algerie" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 116 nəfər olub, onlardan 51-i Fransa, qalanları isə 15 ölkənin vətəndaşıdır.