...

Türkiyə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatları davam etdirəcək

Siyasət Materials 31 İyul 2014 12:30 (UTC +04:00)
Türkiyədə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davam etdiriləcək.
Türkiyə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatları davam etdirəcək

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davam etdiriləcək. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə anziri Bəkir Bozdağ bəyan edib.

Onun sözlərinə görə, "Gülən hərəkatı"nın (hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülən - red.) tərəfdarlarına qarşı əməliyyatlar şəffaf keçirilsə də, ölkədəki bəzi kütləvi informasiya vasitələri bu əməliyyatlarla bağlı məlumatları bilərəkdən təhrif edirlər.

Qeyd edək ki, Türkiyədə iyulun 22-də "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Onların arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti