...

Bakıda "Gənclər siyasəti üzrə I Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının təşkili üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 2 Sentyabr 2014 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bakıda "Gənclər siyasəti üzrə I Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının təşkili üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti