...

Ələtdə dənizdə boğulan şəxsin MTN əməkdaşı olması barədə yayılan məlumatlara aydınlıq gətirildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Sentyabr 2014 17:45 (UTC +04:00)
Qaradağ rayonunda Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.
Ələtdə dənizdə boğulan şəxsin MTN əməkdaşı olması barədə yayılan məlumatlara aydınlıq gətirildi (ƏLAVƏ OLUNUB)

Milli Təhlükəsizlik Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 16:06-da yayılıb)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qulamov Qalib İsabala oğlu Qaradağ rayonu, Ələt qəsəbəsində dənizində çimərkən boğulub.

Hadisə sentyabrın 15-dən 16-na keçən gecə saat 3-4 radələrində baş verib.

Q.Qulamovun meyiti sudan çıxarılıb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

XXX

Qulamov Qalib İsabala oğlunun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şöbələrindən birinin rəisi olduğu barədə bəzi KİV-lərdə gedən informasiyalara isə rəsmi münasibət bildirilib. Trend-in sorgusuna cavab olaraq nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev bildirib ki, MTN-in şəxsi heyətinin sıralarında Qulamov Qalib İsabala oğlu adlı əməkdaş yoxdur: "Bəzi mətbuatın yazdığı Qalib Qulamov isə 2014-cü ilin fevral ayından etibarən Milli Təhlükəsizlik Nazirliyi orqanlarında həqiqi hərbi xidmətdə son yaş həddinə çatdığına görə ehtiyata buraxılıb. Bəzi kütləvi informasiya vasitələrində Qalib Qulamovun nazirliyin şöbələrindən birinin rəisi olması barədə yayılan məlumatlar düzgün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti