...

Nazir: Türkiyə Aİ-yə üzv olmaq üçün islahatları davam etdirəcək

Siyasət Materials 17 Sentyabr 2014 14:16 (UTC +04:00)
Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün islahatları davam etdirəcək.
Nazir: Türkiyə Aİ-yə üzv olmaq üçün islahatları davam etdirəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün islahatları davam etdirəcək. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Aİ işləri naziri Volkan Bozkır deyib.

Onun sözlərinə əsasən, Aİ-yə üzv olmaq Ankara üçün strateji hədəfdir.

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti