...

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına 2 milyon manat ayrılıb

Siyasət Materials 23 Sentyabr 2014 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına 2 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Su Elektrik Stansiyası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Sarayı əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, İsmayıllı şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti