...

Türkiyədə Beynəlxalq İslam Universiteti açılacaq

Siyasət Materials 1 Oktyabr 2014 11:56 (UTC +04:00)
Türkiyədə Misirin Əl-Əzhar Universitetinə alternativ olaraq Beynəlxalq İslam Universiteti açılacaq. Bu barədə Türkiyənin dəyanət işləri naziri Mehmet Görmez bəyan edib.
Türkiyədə Beynəlxalq İslam Universiteti açılacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə Misirin Əl-Əzhar Universitetinə alternativ olaraq Beynəlxalq İslam Universiteti açılacaq. Bu barədə Türkiyənin dəyanət işləri naziri Mehmet Görmez bəyan edib. Trend xəbəri ölkənin "Hürriyyət" qəzetinə istinadən yayır.

Onun sözlərinə görə, nazirlik artıq Beynəlxalq İslam Universitetinin açılışı ilə bağlı Türkiyənin Ali Təhsil Komitəsinə (YÖK) müraciət edib.

Nazir bildirib ki, Komitənin müvafiq razılığı alındıqdan sonra Beynəlxalq İslam Universitetinin İstanbulun "29 Mayıs" Universiteti bazasında açılması planlaşdırılır.

Misirin Əl-Əzhar Universiteti dünyanın ən qədim universitetlərindən biri və nüfuzlu müsəlman dini akademiyasıdır. Universitetin əsası 988-ci ildə qoyulub və Yaxın Şərqdə ən iri islam universitetidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti