...

Mixail Qusman: Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu Davos İqtisadi Forumunu üstələyəcək

Siyasət Materials 2 Oktyabr 2014 19:00 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu tezliklə Davos İqtisadi Forumunun nüfuzuna çatacaq və onu üstələyəcək.
Mixail Qusman: Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu Davos İqtisadi Forumunu üstələyəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Aygün Bədəlova/

Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu tezliklə Davos İqtisadi Forumunun nüfuzuna çatacaq və onu üstələyəcək. Bunu cümə axşamı Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İTAR-TASS-ın baş direktorunun I müavini Mixail Qusman deyib.

Onun sözlərinə görə, "Davos İqtisadi Forumu Bakı Forumunun iqtisadi versiyasıdır" deyiləcəyi gün çox uzaqda deyil.

M.Qusman qeyd edib ki, rəqəmsal texnologiyalar əsrində mətbuatın üzərinə xüsusi məsuliyyət düşür: "Rəqəmsal dövrdə KİV-in rolu və necə olması, cəmiyyətə necə xidmət göstərməsi, KİV-in cəmiyyətin tələblərinə nə dərəcədə cavab verməsi daimi diskussiyaların mövzusudur. Biz cəmiyyət qarşısında məsuliyyətimizi hiss edirik".

O bildirib ki, bu forumun ildən-ilə necə inkişaf etdiyini və onun iştirakçılarının sayının artdığını müşahidə edir.

M.Qusman forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti