...

Mübariz Əhmədoğlu: Azərbaycanın enerji layihələrinin reallaşması üçün ermənilər Avropa ərazisində yeni təhlükə yaradıblar

Siyasət Materials 8 Oktyabr 2014 13:03 (UTC +04:00)
Azərbaycanın enerji layihələrinin reallaşması üçün ermənilər Avropa ərazisində yeni təhlükə yaradıblar. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Azərbaycanın enerji layihələrinin reallaşması üçün ermənilər Avropa ərazisində yeni təhlükə yaradıblar

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın enerji layihələrinin reallaşması üçün ermənilər Avropa ərazisində yeni təhlükə yaradıblar. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, belə təhlükə nəzəri baxımdan virtual məkanda həmişə mövcud olub: "BTC-nin tikintisindən üzübəri erməilər antiazərbaycanlı instinktlə daha çox idarə olunurlar. Ermənistan bir neçə dəfə Azərbaycandan Avropaya neft qaz daşıyan kəmərləri Moldovadan aldığı raketlərlə vurmaqla hədələmişdi. Ermənistan Müdafiə Nazirliyi bu məqsədlə 2 dəfə hərbi təlim keçib. Ermənistan Avropaya neft və qaz nəql edən Azərbaycan kəmərlərini əsasən Gürcüstan ərazisində partlatmağa hazırlaşıb. Moldovadan Ermənistana raketin satılması Rumıniya və Aİ-nin Genişlənmə üzrə komissarı Ş.Fülenin Moldovaya təsiri ilə baş tutmuşdu. Raketlər Ukrayna və Gürcüstan ərazisilə işğalçı Ermənistan ərazisinə daşınmışdı. Məhz bu hadisə GUAM-ı süqut ərəfəsinə gətirib çıxarıb".

Politoloqun sözlərinə görə, amma indi ermənilər tamamilə yeni tipli maneələr reallaşdırmağa başlayıblar.

M.Əhmədoğlu deyib ki, İtaliyada erməni icmasının rəhbəri Saro Xudaverdi İtaliya ərazisindən Azərbaycanın qaz kəmərinin keçəcəyi ərazilərdəki yerli əhalini bu kəmərin əleyhinə qızışdırır: "Hətta İtaliya parlamentinin deputatı Beppe Qrilo həmin ərazilərdə əhali qarşısında Avropanın Azərbaycan qazı ilə təmin olunmasının əleyhinə təbliğat aparır. Guya Azərbaycanda qaz yoxdur. Azərbaycanda qazın olması barədə deyilənlər elmi fantastikadır və bütövlükdə ekologiyanı məhv edən layihədir. Eyni vaxtda Bolqarıstandakı ermənilər Rusiyanın "Cənub Axını" qaz layihəsinin keçdiyi ərazilərdəki əhalini aktivləşdiriblər. Onlar Bolqarıstana Rusiyadan qaz kəmərinin çəkilməsini tələb edirlər. Bu dolayısıla Azərbaycan qaz kəmərinə qarşı Ermənilərin Bolqarıstandan yaratdığı etirazdır".

Politoloqun sözlərinə görə, Rumıniyanın Xəzərin qaz ehtiyatlarından güclü faydalana bilməməsinin səbəbkarı Rumıniyadakı erməni icmasıdır:

"Enerji tranziti ilə bağlı danışıqlar qərar mərhələsinə daxil olan anda Rumıniyadakı erməni icması Rumıniya Ermənistan münasibətlərinin isti olması barədə məqsədyönlü kompaniya apara biliblər. Azərbaycanın Monteneqro ilə əlaqələri güclənən kimi Monteneqrodakı ermənilər öz təşkilatlarını yaratdılar. Qonşu dövlətlərin ermənilərini də dəvət etməklə antiazərbaycan fəaliyyətə start verdilər".

Politoloqun sözlərinə görə, erməni icmasının yaşadığı ölkə üçün problem yaratması tarixən sübut olunmuş faktdır. Amma indiki dövrdə onların məskunlaşdığı ölkəyə qarşı destruktiv fəaliyyəti ciddi fəsadlar yarada bilər. Ən azı üç məsələ var: "Əvvəla, erməni icmasının bu addımı ABŞ başda olmaqla Qərbin enerji strategiyasının əleyhinədir. Qərb erməni icmalarını özünün müttəfiqi hesab edir. İkincisi, Rusiya erməni icmalarının Azərbaycan qazının əleyhinə fəaliyyətindən öz məqsədləri üçün istifadə etmək fikrinə düşə bilər. Bolqarıstanda baş verənlər, hətta, Rusiyanın artıq bu fikirdə olduğunu deməyə əsas yaradır. Üçüncüsü, Ermənistan İran qazının öz ərazisi vasitəsilə Avropaya nəql olunması kimi mifik ideyanın qızğın tərəfdarıdır. Ona görə, Avropa ölkələrindəki erməni icmalarının Azərbaycan qazı əleyhinə fəaliyyəti İranın da diqqətini özünə cəlb edə bilər. Vəziyyətdən çıxış yolu var: Birincisi, Avropa dövlətləri erməni icmalarının fəaliyyətini cilovlayan mexanizmlər və ya qanunlar hazırlamalıdır. İkincisi, Avropadakı erməniləri Ermənistana deportasiya etmək mümkündür. Ermənistan boşalır, Azərbaycan qaz kəmərənini keçdiyi ölkələrdəki erməniləri Ermənistana göndərməklə Ermənistanın da miqrasiya probleminin yüngülləşdirmək olar".

Politoloq əlavə edib ki, vaxtilə Osmanlı imperiyasının əlində alət olub katolik kilsələri uçurdub yerində öz kilsələrini tikən, Osmanlı imperiyasının Avropa ölkələrində bir nömrəli casusu olan ermənilər indi yenidən Avropaya qarşı böyük yenidən çox təhlükəli alətə çevrilirlər: "S.Sarkisyan Avropa ölkələrinə səfərləri zamanı erməni icmaları ilə keçirdiyi qapalı görüşlərin səbəbi də bu ola bilər. Ermənilər S.Sərkisyanın Avropadakı erməni icmasını Azərbaycan qazı əleyhinə alətə çevirdikdən sonra bunu Rusiyaya və ya İrana təqdim etmək məsələsini də həll edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti