...

Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın tanınmış Hərbi Dənizçilik Akademiyasından məzun olub (FOTO)

Siyasət Materials 9 Oktyabr 2014 14:10 (UTC +04:00)
Azərbaycan Respublikasının silahlı qüvvələrinin iki zabiti Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub.
Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın tanınmış Hərbi Dənizçilik Akademiyasından məzun olub (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, oktyabrın 9-da keçirilmiş məzuniyyət mərasimində Böyük Britaniyanın silahlı qüvvələrinin yüksək rəsmiləri və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabitləri Dartmut Kral Hərbi Dənizçilik Kollecində təhsil aldıqları 1.5 illik müddətdə hərbi dənizçilik peşəsinin nəzəri və praktiki aspektlərini dərindən öyrənməyə və praktiki bilik və bacarıqlarını təkmilləşdirərək, hərbi dənizçilik kollecini uğurla bitiriblər.

Zabitlərimiz hərbi dənizçilik kollecində Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində təhsil alıblar.

Məzuniyyət mərasimində, həmçinin Azərbaycan Respublikasının Böyük Britaniyadakı hərbi attaşesi də iştirak edib.

Qeyd edək ki, əsası 1863-cü ildə qoyulmuş Dartmut Kral Hərbi Dənizçilik Kolleci bu sahədə dünyanın ən prestijli təhsil ocaqlarından biridir. Kollecin məzunları arasında Böyük Britaniya kral ailəsinin üzvləri də vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti