...

Baş katib: NATO Türkiyəni həmişə dəstəkləyəcək

Siyasət Materials 9 Oktyabr 2014 16:08 (UTC +04:00)
NATO Türkiyəni həmişə dəstəkləyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə deyib.
Baş katib: NATO Türkiyəni həmişə dəstəkləyəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

NATO Türkiyəni həmişə dəstəkləyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

Onun sözlərinə əsasən, NATO Türkiyə parlamentinin ölkənin Silahlı Qüvvələrinin Suriya və İraqda hərbi əməliyyatlarda iştirakına icazə verən qərarını yüksək qiymətləndirir.

Y.Stoltenberq əlavə edib ki, Türkiyə NATO-nun ən vacib üzvlərindən bidirir.

Qeyd edək ki, daha əvvəl Türkiyə parlamenti ölkənin Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib. 396 deputatdan 298-i mandatın lehinə, 98-i isə əleyhinə səs verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP), eləcə də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan icazə sənədini dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti