...

Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib (FOTO)

Siyasət Materials 10 Oktyabr 2014 14:54 (UTC +04:00)
Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra Prezident Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşılayıb.

Prezidentlər xatirə şəkli çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
İclasın iştirakçılarını salamlayan Belarus Prezidenti dövlət və hökumət başçılarının bu tədbirdə iştirakını yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti