...

Silahlı Qüvvələrimizin nümayəndələri sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması üzrə təlim keçəcəklər

Siyasət Materials 11 Oktyabr 2014 10:05 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursunda iştirak edəcəklər.
Silahlı Qüvvələrimizin nümayəndələri sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması üzrə təlim keçəcəklər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursunda iştirak edəcəklər.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 12-dən 17-dək Ellvaqen şəhərində (Almaniya) "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar keçiriləcək. Oktyabrın 13-dən 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi, 13-dən 24-dək Vışkov şəhərində (Çexiya) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbul şəhərində funksional vəzifələr üzrə təlim, 14-dən 18-dək isə İstanbulda NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti