...

Ermənistanda qeyri-hökumət qüvvələri üçlüyünün növbəti mitinqi keçiriləcək

Siyasət Materials 13 Oktyabr 2014 17:06 (UTC +04:00)
Ermənistanda hakimiyyətdə təmsil olunmayan “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyalarından ibarət üçlüyün oktyabrın 24-də Yerevanda növbəti mitinqi baş tutacaq.
Ermənistanda qeyri-hökumət qüvvələri üçlüyünün növbəti mitinqi keçiriləcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Ermənistanda hakimiyyətdə təmsil olunmayan "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" partiyalarından ibarət üçlüyün oktyabrın 24-də Yerevanda növbəti mitinqi baş tutacaq.

Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bu barədə üçlüyün görüşündən sonra Erməni Milli Konqresi parlament fraksiyasının nümayəndəsi Levon Zurabyan bəyan edib.

Onun sözlərinə görə, mitinqin əsas məramı gələcək işlərin vahid proqramının hazırlanmasından ibarətdir.

Deputat izah edib: "Bu, vahid proqramın ilk addımlarının mitinqi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti