...

"Azərbaycan Dəmir Yolları" QSC-nin işçiləri təltif edilib (SİYAHI)

Siyasət Materials 13 Oktyabr 2014 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin işçiləri təltif edilib (SİYAHI)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Seyidov Valeh Famil oğlu

"Tərəqqi" medalı ilə

Abbasov Kamil Musa oğlu
Ələsgərov Faxrəddin Camal oğlu
Kəngərli Aqşin Nəsrulla oğlu
Kərimov Fərəc Kərim oğlu
Quliyev Ağalar Əliqardaş oğlu
Quliyev Nofəl Nəriman oğlu
Mustafayev Vasif Ağa Səməd oğlu
Rüstəmov Ədalət Əlşah oğlu
Sadıxov Qurban Qulam oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Ramiz Həbibulla oğlu Abdullayevə və Çingiz Əjdər oğlu Məmmədova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti