...

MDB ölkələrinin sərhəd xidmətləri sərhədlərdəki vəziyyət üzrə elektron məlumat mübadiləsi sistemini işə salıblar

Siyasət Materials 15 Oktyabr 2014 14:37 (UTC +04:00)
MDB ölkələrinin sərhəd xidmətləri sərhədlərdəki vəziyyət haqqında elektron məlumat mübadiləsi sistemini işə salıblar.
MDB ölkələrinin sərhəd xidmətləri sərhədlərdəki vəziyyət üzrə elektron məlumat mübadiləsi sistemini işə salıblar

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

MDB ölkələrinin sərhəd xidmətləri sərhədlərdəki vəziyyət haqqında elektron məlumat mübadiləsi sistemini işə salıblar. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidməti rəhbərinin müavini, MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya xidmətinin rəhbəri general-polkovnik Aleksandr Manilov bildirib.

O, qeyd edib ki, xarici sərhədlərdəki vəziyyət haqqında operativ məlumat mübadiləsi üzrə muxtar informasiya sisteminin yaradılması haqqında qərar MDB Dövlət Başçıları Şurası tərəfindən qəbul olunub: "Bu gün həmin sistem artıq fəaliyyət göstərir və Birliyin 7 dövlətinin sərhəd idarələrində işə salınıb".

Onun sözlərinə görə, sistem artıq aktiv şəkildə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistanda işləyir və belə bir texnikanın Özbəkistanda da quraşdırılması məsələsinə baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti