...

Türkiyə müxalifətində növbəti kütləvi istefalar başlayıb

Siyasət Materials 16 Oktyabr 2014 10:39 (UTC +04:00)
Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasında (CHP) növbəti kütləvi istefalar başlayıb.
Türkiyə müxalifətində növbəti kütləvi istefalar başlayıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasında (CHP) növbəti kütləvi istefalar başlayıb. Trend-in məlumatına görə, bu barədə "Kanal7" telekanalı xəbər verib.

Məlumata əsasən, bu dəfə ölkənin Mersin vilayətində partiyanın yerli təşkilatının idarə heyətinin 13 üzvü istefa verib.

İstefaya səbəb kimi partiya rəhbərliyinin yürütdüyü siyasətin partiyanın siyasi xətti ilə uzlaşmadığı göstərilib.

Məlumat üçün bildirək ki, iki gün əvvəl - oktyabrın 14-də Zonquldağ əyalətində partiyanın idarə heyətinin 18 üzvü istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti