...

XİN: ABŞ konkret cinayət tərkibi olan əmələ siyasi don geyindirməklə qanunun aliliyini kobud şəkildə pozur

Siyasət Materials 16 Oktyabr 2014 22:49 (UTC +04:00)
XİN: ABŞ konkret cinayət tərkibi olan əmələ siyasi don geyindirməklə qanunun aliliyini kobud şəkildə pozur
XİN: ABŞ konkret cinayət tərkibi olan əmələ siyasi don geyindirməklə qanunun aliliyini  kobud şəkildə pozur

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Trend XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin mətbuata açıqlamasını təqdim edir.

- ABŞ Dövlət Departamentinin açıqlamasına dair sizin tərəfinizdən şərhlər verildi. ABŞ-ın bu siyasəti nə məqsəd daşıyır? Bunu bir qədər daha ətraflı aydınlaşdıra bilməzdiniz?

- Demokratiyanın "carçısı" rolunda çıxış etməyə iddia edən ABŞ-ın konkret cinayət tərkibi olan əmələ siyasi don geyindirməsi və qanunun aliliyinin pozulmasına çağırış etməsi özlüyündə qanunun aliliyinin kobud şəkildə pozulması deməkdir.

ABŞ-ın bu kimi əməlləri bir daha ona dəlalət edir ki, ABŞ-ın seçimli əsasda "demokratiya" və "insan hüquqları" çağırışları yalnız qərəzli siyasi məqsədlərə xidmət edir və əslində qanunun aliliyi və demokratiyanın təməlini təşkil edən prinsip və dəyərlərdən tamamilə uzaqdır. Bununla, öz siyasətinin ikiüzlü mahiyyətini ortaya qoyan ABŞ bir daha nümayiş etdirir ki, demokratiya və qanunun aliliyi məsələsində zahiri "prinsipiallıq" əslində siyasi təzyiq göstərmək cəhdindən kənar bir şey deyildir. ABŞ tərəfindən bu cür yollarla ümumbəşəri dəyər olan demokratiyanın və qanunun aliliyinin siyasi alver və möhtəkirlik obyektinə çevrilməsi ciddi narahatlıq və təəssüf doğurucu haldır.

ABŞ-ın sırf siyasi baxış və motivasiyalara əsaslanan bu cür davranışı qeyri-ardıcıl xarakter daşıyaraq, ABŞ-ın müxtəlif maraq dairələrinin təsiri altında olmasını və bir sıra qüvvələr, ilk növbədə ermənilər tərəfindən manipulyasiya edilməsini açıq şəkildə göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti