• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Prezident İlham Əliyev və xanımı Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər (FOTO)

18 Oktyabr 2014 12:55 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə paytaxtla yanaşı, respublikanın bütün bölgələrində də silsilə tədbirlər həyata keçirilir. Goranboyda yeni inşa olunan Heydər Əliyev Mərkəzi də bu tədbirlərin ardıcıl xarakter aldığını bir daha göstərir. Bu, ilk növbədə Goranboy sakinlərinin əbədiyaşar lider, dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Yeni mərkəzin yaradılması həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Mərkəzdəki fotolar və digər eksponatlar sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan və indi də uğurla davam etdirilən inkişaf konsepsiyasının hərtərəfli öyrənilməsinə real zəmin yaradır. Bu, bir daha göstərir ki, Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçib. Bunun sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaradıb, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müasir müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazıb. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Onun Azərbaycana rəhbərlik etdiyi illər milli intibah dövrü kimi əbədiləşib.

Dövlətimizin başçısı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdı. 4300 kvadratmetr ərazisi olan mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey yaradılıb. Bu muzeyin ekspozisiya zalının zənginliyi bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Ulu öndər Heydər Əliyev özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr edib. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri adlandırırlar.

Bildirildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlər təşkil olunacaq. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada müzakirə və diskussiya zalları qurulub. Böyük akt zalı 134 yerlikdir və burada bir çox tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Həmçinin Mərkəzdə elektron kitabxana və linqafon otağı yaradılıb. Burada internet-kafe, rəssamlıq və atıcılıq otaqları, fotostudiya, xalçaçılıq və tikiş bölməsi qurulub. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün Mərkəzdə hər cür şərait var

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • İlham Əliyev
Azernews Newspaper
Digər xəbərlər
Tereza Mey: SOCAR və BP şirkəti arasında saziş əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir
Siyasət 11:21
Prezident İlham Əliyev: Azərbaycan və Britaniya arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün fəal iş aparılır və bunun üçün böyük potensial var
Siyasət 11:16
Azərbaycan Prezidenti Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb (FOTO)
Siyasət 26 Aprel 14:51
Prezident İlham Əliyev Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb (FOTO)
Siyasət 26 Aprel 14:49
Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb (FOTO)
Siyasət 26 Aprel 14:29
Prezident İlham Əliyev: Qanlı münaqişələrə ikili standartlar prizmasından yanaşılması dəhşətli bəlaların qarşısını almaq yolunda böyük maneə yaradır
Siyasət 26 Aprel 13:40
Angela Merkel: Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda tərəfdaş kimi dəstəkləməyə hazırdır
Siyasət 26 Aprel 12:52
Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri başa çatıb (FOTO)
Siyasət 25 Aprel 17:55
Rəcəb Tayyib Ərdoğanın adından Prezident İlham Əliyevin şərəfinə rəsmi nahar verilib (FOTO)
Siyasət 25 Aprel 17:54
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyənin birgə layihələri regional əməkdaşlığı möhkəmləndirir, bölgədə sabitliyi təmin edir
Siyasət 25 Aprel 16:43
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir (YENİLƏNİB-2) (FOTO)
Siyasət 25 Aprel 15:52
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib (FOTO) (YENİLƏNİB)
Siyasət 25 Aprel 15:02
Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
Siyasət 25 Aprel 13:52
Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub (FOTO)
Siyasət 25 Aprel 13:13
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb (YENİLƏNİB) (FOTO)
Siyasət 25 Aprel 12:58
Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib (FOTO)
Siyasət 25 Aprel 12:05
Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər (FOTO)
Siyasət 24 Aprel 22:38
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib (FOTO)
Siyasət 24 Aprel 17:26
Ən çox oxunanlar
Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Tereza Meyin görüşü olub (FOTO) (YENİLƏNİB-2)
Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Tereza Meyin görüşü olub (FOTO) (YENİLƏNİB-2)
Deputat: Korrupsiya ilə bağlı son hadisələr göstərir ki, artıq AŞ PA-nı demokratiya və ədalət idarə etmir
Səməd Seyidov: "Niyə yalnız Azərbaycan? Axı bir ay əvvəl Ermənistan xalqının qovduğu Sarkisyanı alqışlayırdınız" (YENİLƏNİB)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq Hüseyn Abdullayevlə bağlı birgə məlumat yayıb
Nəzər nöqtəsi
Elman Məmmədov: Ermənistanı hələ çox fəlakətlər gözləyir

Elman Məmmədov: Ermənistanı hələ çox fəlakətlər gözləyir

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter