...

MSK bələdiyyə seçkiləri ilə bağlı regionlarda kurslara başlayıb

Siyasət Materials 22 Oktyabr 2014 20:42 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) regionlarda kurslara başlayıb.
MSK bələdiyyə seçkiləri ilə bağlı regionlarda kurslara başlayıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Mərkəzi Seçki Komissiyası (MSK) regionlarda kurslara başlayıb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Seçki Komissiyası Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə bağlı aşağı seçki komissiyalarının maarifləndirmə proqramı çərçivəsində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir.

Oktyabrın 22-dən etibarən başlanmış kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər. Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları, yerli dairə seçki komissiyalarının sədrləri, müvafiq icra hakimiyyəti qurumlarının rəsmiləri, eləcə də rayonların və şəhərlərin prokurorluq, məhkəmə və polis orqanlarının məsul şəxsləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyurlar.

İxtisaslaşdırılmış kursların 3 gün davam etməsi və 24 oktyabrda başa çatması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti